Türkiyədə sosial şəbəkələr cərimələndi

Türkiyədə sosial şəbəkələr cərimələndi
Türkiyə hökuməti bir sıra sosial şəbəkələrə qarşı yeni hüquqi qaydaları pozduqlarına görə müvafiq cərimələr tətbiq edib.

Sfera.az xəbər verir ki, bu barədə ölkənin nəqliyyat və infrastruktur nazirinin müavini Ömər Fatih Sayan tvitterdə açıqlama verib:

"İctimaiyyətdə sosial media qanunu olaraq bilinən 7253 nömrəli qanuna edilən dəyişikliklərlə Türkiyədə fəaliyyət göstərən və gündəlik giriş sayı 1 milyondan artıq olan əcnəbi şəbəkələrə əməl etmələri zəruri olan bəzi qaydalar bildirilmişdi. Qanuni müddətin başa çatmasından sonra nümayəndəsini bildirməyən "Facebook”, "İnstagram”, "Twitter”, "Periscope”, "YouTube”, "TikTok” kimi sosial şəbəkə idarəçilərinə 10 milyon lirəlik cərimə kəsilib”.

Nazir müavini daha sonra qeyd edir ki, cari ilin 1 oktyabr tarixindən qüvvəyə minmiş qanuna əsasən, sözügedən cərimə ilkin tədbir kimi nəzərdə tutulur. Belə ki, bu cərimənin tətbiqindən keçən 30 gün ərzində də müvafiq öhdəlik yerinə yetirilməsə, 30 milyon lirəlik cərimə tətbiq olunur. Üstündən 30 gün keçdiyi müddət ərzində yenə də yerinə yetirilməməsi təqdirdə reklam qadağası tətbiq olunur, sonrakı 3 ay ərzində də yerinə yetirilməsə, internet trafiki 50 faiz azaldılır. Bundan sonra da lazımi addım atmayan sosial şəbəkələrin internet trafiki 90 faiz azaldılır.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...