Türkiyədə son sutkada koronavirusdan ölənlərin sayı 74-ə çatdı

Türkiyədə son sutkada koronavirusdan ölənlərin sayı 74-ə çatdı
 Türkiyədə son sutka ərzində koronavirusdan 74 nəfər ölüb.

Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin covid19.saglik.gov.tr saytı məlumat yayıb. 

Qeyd olunub ki, son 24 saatda  113 317 şübhəli koronavirus testindən keçib, onlardan 1721-nin cavabı pozitiv çıxıb, 1241 xəstə isə sağalaraq evə buraxılıb. 

Ağır xəstə sayı isə 1573 nəfərdir.  

Türkiyədə ümumilikdə 309 790 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 271 964 nəfər sağalıb, 7785 nəfər ölüb.

Türkiyənin Səhiyyə Naziri Fəxrəddin Qoca özünün "twitter” səhifəsində koronavirusla mübarizə tədbirlərində səhiyyə işçilərinə dəstək verilməsi üçün bir daha çağırış edib.



OXŞAR XƏBƏRLƏR