Türkiyədə son sutkada koronavirusdan 62 nəfər öldü - FOTO

Türkiyədə son sutkada koronavirusdan 62 nəfər öldü - FOTO
 Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 62 nəfər ölüb.

Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 114 992 şübhəli koronavirus testindən keçib, onlardan 1632-nin cavabı pozitiv çıxıb, 1314  xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 1416 nəfər olub.
 
Türkiyədə ümumilikdə 338 779 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 8957 nəfər ölüb.


OXŞAR XƏBƏRLƏR