Türkiyədə sərnişin avtobusu aşdı: 2 ölü, 23 yaralı
12:28 / 04.05.2019
5295
Türkiyənin Adana vilayətində avtobus aşıb. Yerli mətbuat yazır ki, hadisə nəticəsində azı iki nəfər həlak olub.
Daha 23 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Sərnişinlər Türkiyə vətəndaşları olub.
Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.