Türkiyədə qara görə məktəblər bağlandı - Minlərlə insan yollarda köməksiz vəziyyətdə qaldı

Türkiyədə qara görə məktəblər bağlandı - Minlərlə insan yollarda köməksiz vəziyyətdə qaldı
Türkiyədə axşam saatlarında yağan qar həyatı iflic edib.
 
Sfera.az bildirir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) xəbər yayıb. Qeyd olunub ki, qar səbəbiylə 52 əyalətdə məktəblər bağlanıb,  işə getmək üçün evlərini tərk edən vətəndaşlar çətin anlar yaşayıblar:

"Ölkə daxilində yağan güclü qar səbəbindən Bolu, Qaziantep, Malatya, Kahramanmaraş, Artvin, Diyarbəkir, Bingöl və Osmaniye başda olmaqla, bir çox şəhərdə  nəqliyyatda problemlər yaranıb, qəzalar baş verib. Qapalı vəziyyətdə qalan vətəndaşlarımıza yardımların çatdırılması və bağlanan yolların açılması üçün AFAD-ın koordinasiyasında dünən gecədən etibarən Karayolları, Jandarma, Bələdiyyə, İl Xüsusi İdarəsi, Türk Qızıl Aypara və UMKE qruplarının işləri fasiləsiz olaraq davam etdirilir".

Digər tərəfdən, Qaziantepdə axşam saatlarında yollar tamamilə bağlanıb, minlərlə avtomobil, o cümlədən sərnişin avtobusları, mikroavtobuslar və tramvaylar yollarda qalıb. Rayonun icra başçısı Davud Gül bu barədə danışarkən ilk növbədə xəstələri və müalicəyə ehtiyacı olan vətəndaşları xilas etmək üçün qrupların məsuliyyət daşıdığını bildirib. Gecə boyu  magistral yolda 7 min adama yardım paylandığını deyən Gül sözlərinə bu cür davam edib: 

"Qarın qalınlığı 45-50 santimetrdir. Magistral yolda əsas problem yük maşını qəzalarıdır. Düşünürük ki, gündüz hərəkət etmək bir az daha asan olacaq. Hələlik magistral yolda olan 2000 adam xilas edilib”.

Gaziantep Böyükşəhər Bələdiyyə Başçısı Fatma Şahin isə dünən yağan qarla bağlı bunları söyləyib: 

"Bütün texniki heyətimizlə - təxminən 160 inşaat maşını və 600 personalla yaranan tıxacları aradan qaldırmaq üçün səy göstəririk. Məqsəd insanların rahatlığını təmin etməkdir”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Aprelin bütün sosial ödənişləri yekunlaşdı

Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.   Fonddan Sfera.az...

792-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 792-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliy...

"Ford Mustanq"la avtoxuliqanlıq edən sürücü həbs olundu

Bakının Sabunçu rayonu ərazisində "Ford Mustanq" markalı avtomobillə avtoxuliqanlıq edən sürücü həbs edilib.   Sfera.az xəbər verir ki, bu ...

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz etdi

Azərbaycanın Milli Məclisi 2024-cü il aprelin 25-də Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq ...

Sərhəddə görülən işlərlə bağlı yeni - AÇIQLAMA

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-d...

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...