Türkiyədə parlament binasına ildırım düşdü - VİDEO
23:39 / 22.03.2021
3183
Türkiyə Böyük Millət Məclisinin yerləşdiyi binanın həyətinə ildırım düşüb.
Sfera.az "CNN Türk”ə istinadən xəbər verir ki, bu gün saat 11:30 radələrində parlament binasının həyətinə düşən ildırım yaşı yüzü ötən ağacı yarıya bölüb.
İnsidentdən sonra parlamentdə elektrik enerjisi kəsilib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.