Türkiyədə lirənin ucuzlaşması Azərbaycana necə təsir edəcək? - ŞƏRH

Türkiyədə lirənin ucuzlaşması Azərbaycana necə təsir edəcək? - ŞƏRH

Avqust ayından Türkiyədə dollar/lirə məzənnəsində növbəti eniş müşahidə edilir. Ayın əvvəlində 6,9 olan məzənnə 7,7 səviyyəsinə qədər yüksəlib. Müqayisə edilən dövrdə dolların lirəyə nisbətən 11,6 faiz bahalaşması müşahidə olunub. İlin əvvəli ilə müqayisədə isə lirə dollara nəzərən daha çox ucuzlaşıb. 2020-ci ilin əvvəlində bir dollar 5,8-5,9 dollara dəyişdirilirdi. Bu müddətdə lirənin 32-33 faiz məzənnə dəyəri itirməsi qeydə alınıb.


Sfera.az xatırladır ki, lirənin sürətlə ucuzlaşması Türkiyədə əhalinin sosial vəziyyətinin pisləşməsinə səbəb olsa da onun ixrac imkanlarını artırır. Milli valyutanın ucuzlaşması iqtisadi baxımdan böyük səmərə gətirir, ticarət tərəfdaşı olan ölkələrlə müqayisəli üstünlük qazandırır və nəticədə daha çox məhsul ixrac etmək imkanı əldə edilir.


Türkiyənin əsas ticarət tərəfdaşlarından biri də Azərbaycandır. Azərbaycanın xarici ticarət əlaqələrində Türkiyənin payı daha yüksəkdir. 2020-ci ilin yanvar-avqsut aylarına aid olan məlumata əsasən, Azərbaycanın xarici ticarətində ikinci əsas ölkə Türkiyə olub və onun ümumi ticarətdə payı 17,5 faiz təşkil edib. Türkiyə ilə 8 ayda 2,9 milyard dollarlıq ticarət həyata keçirilib. Azərbaycana ixracda da Türkiyənin payı ikincidir. Türkiyə ötən 8 ayda ölkəmizə 984 milyon dollarlıq əmtəə ixrac edib.

 

Bəs, Türkiyədə lirənin ucuzlaşması Azərbaycana necə təsir edəcək?


Türkiyədə milli valyutanın ucuzlaşması Azərbaycanın xarici ticarətinə təsir baxımından daha güclü imkana malikdir. Son aylarda dolların bahalaşması dolayısı ilə Azərbaycan manatının da türk lirəsinə nisbətən bahalaşması deməkdir. Xarici ticarətdə bu hal arzulanan deyil. Çünki lirə dollara nəzərən ucuzlaşdıqda bu ölkədən Azərbaycana idxal ucuzlaşır, Azərbaycandan həmin ölkəyə ixrac bahalaşır. Azərbaycanın qeyri-neft ixracının artması və ya ən azından sabit qalması üçün ticarət tərəfdaşı olan ölkələrin pullarının ucuzlaşmaması lazımdır. İndiki şərtlərlə qeyri-neft ixracının artımında çətinlik olacaq. Nəzərə cəhətdən dollar yüksəldikdə ixracı dəstəkləmək üçün manat da ucuzlaşmalıdır.

 

Dolların bahalaşmasının Azərbaycan üçün yeganə müsbət tərəfi Türkiyədən idxal edilən malların ucuz alınmasıdır. Mallar ucuzlaşanda insanlar eyni məbləğdə olan pulla daha çox mal almaq imkanı qazanır. İdxal ucuzlaşanda əhalinin alıcılıq qabiliyyəti artır ki, bu da ölkəmizə daha çox məhsulun gətirilməsinə səbəb olur. Təcrübə göstərir ki, bu vəziyyətdə dollara tələbdə əlavə artım qeydə alınır.

 

İdxalın ucuzlaşması yerli istehsal üçün də zərərlidir. Ölkəmizə ucuz mallar gələndə yerli məhsulların daxildə satış imkanları da çətinləşir. Deməli, idxalın ucuzlaşması sosial cəhətdən faydalı olsa da, maliyyə sabitliyi və yerli istehsalın qorunması baxımından zərərlidir.

 

Ümumən götürsək əsas ticarət tərəfdaşımız olan ölkələrdən birində dolların bahalaşması Azərbaycan iqtisadiyyatına sərf etmir.


Məzənnə dəyişikliyi gündəlik istehlak mallarının ticarətinə daha güclü təsir göstərir. Azərbaycan gündəlik istehlak mallarını ən çox aldığı ölkələr arasında ikinci sırada Türkiyə gəlir. Buna görə də dolların yüksəlməsi oradan idxalı artırır. Hər dəfə lirə ucuzlaşdıqda Türkiyənin Azərbaycana ixracında ciddi artım baş verir. Məhz 2017-2019-cu illərdə lirənin dəyər itirməsi Türkiyənin ixracında rekordun əldə edilməsinə şərait yaratdı. Bu ölkədən Azərbaycana gətirilən mallarda rekord göstəricilər həmin illərdə yeniləndi.

 

 

2016-cı ildə dollar lirə kursu 2,9 olduqda buradan Azərbaycana idxalın həcmi 1,2 milyard dollar dəyərində idi. 2017-ci ildə məzənnə 3,5 lirə səviyyəsinə yüksəldi, idxalın dəyəri 1,3 milyard dollar oldu. 2018-ci ildə dolların kursu orta hesabla 5,2 oldu, Türkiyədən idxal 1,6 milyard dollara yüksəldi. 2019-cu ildə orta məzənnə 5,7 olduğundan idxal bir qədər də artaraq 1,7 səviyyəsinə çatdı. Son 3 ildə dollar lirə kursunun təxminən 2 dəfə yüksəlməsi Türkiyədən Azərbaycana idxalın 40 faiz artmasına şərait yaradıb.

 

2020-ci ildə lirənin orta məzənnəsi bir qədər də yüksəlsə də idxalda azalma müşahidə edilir. Bunun səbəbi qiymətlərin enməsi və pandemiya ilə bağlıdır. Əks halda cari dövrdə Türkiyədən idxal bir qədər də artmalı idi.

 

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...