Türkiyədə koronavirusla bağlı son statistika AÇIQLANDI
22:00 / 03.09.2020
4521
Türkiyədə son sutka ərzində koronavirusdan daha 49 nəfər ölüb.
Sfera.az bildirir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca özünün "Twitter” səhifəsində yazıb.
Nazir bildirib ki, son 24 saatda 110 225 şübhəli koronavirus testindən keçib, onlardan 1642-nin cavabı pozitiv çıxıb, ağır xəstə sayı 1041 nəfər olub, 1211 xəstə isə sağalaraq evə buraxılıb.
Türkiyədə ümumilikdə 274 943 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 248 087 nəfər sağalıb, 6511 nəfər ölüb.