Türkiyədə koronavirusdan sağalanların sayı 50 mini ötdü - STATİSTİKA
20:45 / 01.05.2020
2416
"Türkiyədə son sutkada daha 84 nəfər pandemiyanın qurbanı olub”.
Sfera.az xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.
Onun sözlərinə görə, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 3 258 nəfərə çatıb.
Nazir həmçinin daha 2 188 nəfərə koronavirus diaqnozu qoyulduğunu və beləliklə, infeksiya daşıyıcılarının sayının 122 392-yə yüksəldiyini bildirib.
F.Koca Türkiyədə indiyədək 53 808 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxıldığını da vurğulayıb.