Türkiyədə koronavirusdan ölənlərin sayı üç dəfə azaldı - STATİSTİKA
22:15 / 08.05.2020
6039
"Türkiyədə son sutkada daha 48 nəfər pandemiyanın qurbanı olub”.
Sfera.az xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.
Onun sözlərinə görə, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 3 689 nəfərə çatıb.
Nazir həmçinin daha 1 848 nəfərə koronavirus diaqnozu qoyulduğunu və beləliklə, infeksiya daşıyıcılarının sayının 135 569-a yüksəldiyini bildirib.
F.Koca Türkiyədə indiyədək 86 396 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxıldığını da vurğulayıb.