Türkiyədə koronavirusdan ölənlərin sayı 1000-i ötdü
21:15 / 10.04.2020
3408
Bu gün Türkiyədə daha 98 nəfər koronavirusdan ölüb.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca sosial media hesabında məlumat verib.
Bildirilir ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 1 006 nəfərə çatıb.
Virusa yoluxanların ümumi sayı isə 47 029 nəfərdir.