Türkiyədə koronavirusa yoluxanların sayı 141,4 mini ötdü

Türkiyədə koronavirusa yoluxanların sayı 141,4 mini ötdü
 Bu gün Türkiyədə COVID-19-dan daha 53 nəfər ölüb. 

Sfera.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib. 

O, qeyd edib ki, ölkədə koronavirusdan ölənlərin sayı 3 894 nəfərə çatıb.

Son 24 saatda ölkədə virusa 1 704 yoluxma qeydə alınıb. Bununla da koronavirusa yoluxanların sayı 141 475 nəfərə çatıb.

Habelə virusa yoluxmuş 3 109 nəfər sağalıb. Bununla da koronavirusdan sağalanların sayı 98 889 nəfərə çatıb. 

OXŞAR XƏBƏRLƏR