Türkiyədə koronavirus xəstələrinin sayı 188,9 minə çatır
22:00 / 22.06.2020
4261
Son bir gündə Türkiyədə koronavirusa daha 1 212 yoluxma qeydə alınıb.
Sfera.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir qeyd edib ki, bununla da ölkədə COVID-19 xəstələrinin ümumi sayı 188 897 nəfərə çatıb.
Son sutkada qonşu ölkədə 24 nəfər koronavirusdan ölüb. Beləliklə COVID-19 xəstələrinin sayı 4 974 nəfərə yüksəlib.