Türkiyədə koronavirus qurbanlarının sayı 4 700 nəfəri ötdü - STATİSTİKA
22:00 / 08.06.2020
3141
Bu gün Türkiyədə koronavirusdan 19 nəfər ölüb.
Sfera.az xəbər veriir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.
O, qeyd edib ki, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 4 711 nəfərə çatıb.
Son sutkada ölkədə COVID-19-a 989 yoluxma qeydə alınıb. Beləliklə, koronavirus xəstələrinin ümumi sayı 171 121 nəfər təşkil edir.
Gün ərzində 3 411 nəfər təhlükəli virusdan sağalıb. Bununla da xəstəlikdən sağalanların ümumi sayı 141 380 nəfərə yüksəlib.