Türkiyədə İslam dünyasının ən böyük kitabxanasının açılışı olub – VİDEO
15:30 / 23.02.2020
2914
Türkiyənin paytaxtı Ankarada İslam ölkələri arasında ən böyük kitabxananın açılışı olub.
Sfera.az xəbər verir ki, kitabxana prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə inşa etdirilib.
İnşaat işlərinə 2016-cı ildə başlanılıb. Kitabxana eyni zamanda 5 min nəfərə xidmət edə bilər. Kitabxanada 4 milyon çap, 120 milyondan çox elektron nəşr və 550 min elektron kitab və nadir əsərlər var. (Oxu.az)