Türkiyədə içində partlayıcı olan 3 avtomobil zərərsizləşdirildi
20:37 / 13.10.2016
1133
Türkiyənin hərbi helikopterləri Diyarbəkir əyalətinin Lice rayonunda PKK terrorçularına məxsus içində partlayıcı olan 3 avtomobilə zərbələr endirərək zərərsizləşdiriblər.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə əyalətin rəhbərliyinin açıqlamasında bildirilir.
Məlumata görə, PKK silahlıları həmin avtomobilləri terror aktlarının törədilməsində istifadə etməyi planlaşdırıblarmış.