Türkiyədə əsgərləri daşıyan avtobus aşdı

Türkiyədə əsgərləri daşıyan avtobus aşdı

Türkiyənin Mersin əyalətinin Mut rayonunda hərbçiləri daşıyan avtobus aşıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, qəza nəticəsində avtobus sürücüsü və 5 hərbçi ölüb, 10 hərbçi isə yaralanıb.

Qəzaya görə Mut-Karaman avtomobil yolu bağlanıb.

Avtobusdakı hərbçilərin Şimali Kipr Türk Respublikasına getdikləri bildirilir.


OXŞAR XƏBƏRLƏR