Türkiyədə COVID-19-la bağlı son statistika açıqlandı
Sağlıq
20:37 / 12.12.2020
3622
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 222 nəfər ölüb.
Sfera.az-ın xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda koronavirus testindən 189 065 nəfər keçib, simptomları müəyyən edilməyənlərlə birlikdə 29 136 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.
Ağır xəstə sayı 5961 olub.