Türkiyədə COVID-19-dan son sutkada 253 nəfər öldü
21:32 / 26.12.2020
6286
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 253 nəfər ölüb.
Sfera.az-ın xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyənlərlə birlikdə 15 118 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.
Bu gün sağalan xəstə sayı 23 231, ağır xəstə sayı isə 4501 nəfər olub.