Türkiyədə COVID-19-dan 174 nəfər öldü
Sağlıq
21:56 / 11.01.2021
2708
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 174 nəfər ölüb.
Sfera.az-ın xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 10 220 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 10 301, ağır xəstələr isə 2 783 nəfər olub.
Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 2 336 476 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 208 451 nəfər sağalıb, 22 4981 nəfər isə ölüb.