No Image

Türkiyədə bu gün koronavirusdan 63 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 63 nəfər ölüb
 Türkiyədə son sutka ərzində koronavirusdan 63 nəfər ölüb.

Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca açıqlamasında bildirib.

Nazir qeyd  edib ki, son 24 saatda  112 645  şübhəli koronavirus testindən keçib, onlardan 1771-nin  cavabı pozitiv çıxıb.

F.Qoca ağır xəstə sayının artmasından narahatlığını ifadə edib. Bu gün ağır xəstənin   1351 nəfər olduğunu, 1342   xəstənin isə sağalaraq evə buraxıldığını deyib. 

Türkiyədə ümumilikdə 296 391  nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 262 602 nəfər sağalıb, 7249  nəfər ölüb.

Nazir Türkiyədə "Həyat Evə Sığar” (HES) mobil proqramının telefonlara kütləvi yüklənməməsindən narazılığını ifadə edib. Buna baxmayaraq, F.Qoca bildirib ki, COVİD-19-a yoluxub özünü təcrid etməyən 140 min nəfərin HES-kodu vasitəsilə xəstəliyi yayma təhlükəsinin qarşısı alınıb.

OXŞAR XƏBƏRLƏR

Böyük Britaniya ÜST-ə daha çox maliyyə ayıracaq

 Böyük Britaniya hökuməti qarşıdakı 4 il ərzində Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 340 milyon avro ayıraraq bu quruma maliyyə dəstəyini 30 faiz artıracaq...

Livanın Baş naziri istefa verdi

  Livanın Baş naziri Mustafa Ədib ölkə hökumətini formalaşdırmaqdan imtina etdiyini və öz istefasını elan edib. Sfera.az-ın  məlumatına görə, o, ölk...

Daha bir ölkə beynəlxalq uçuşları bərpa edir

  Peru hakimiyyəti pandemiya ilə əlaqədar altı aydan çoxdur qadağan edilmiş beynəlxalq hava əlaqələrini 5 oktyabr tarixindən etibarən bərpa etməyi planlaş...

Koronavirusla bağlı daha bir yalan: Uşaqlar üçün təhlükəsizdirmi? – HƏKİM RƏYİ

Yeni tədris ili başlayandan bu günə qədər 144 şagird, 49 məktəb heyətində koronavirus aşkarlanıb. Məktəblilər arasında yoluxma sayı hər keçən gün artsa...

Koronavirusdan ölüm riskini azaldan vitamin tapıldı

 D vitamini səvviyyəsi normada olan COVİD-19 xəstələrində ağırlaşma və ölüm halları adıçəkiln vitaminin defisiti olanlarla müqayisədə əhəmiyyətli dərəcədə ...

“Əli Həsənov FETÖ-nun tədbirlərində yuxarı başda otururdu” – Politoloqdan açıqlama

"Azərbaycanda FETÖ-çulara şərait yaradanlar içərisində Ramiz Mehdiyev və Əli Həsənov da olub”. Sfera.az-a açıqlamasında bu sözləri Prezidentin keç...