Türkiyədə bu gün 35 nəfər koronavirusdan öldü
Dünya
23:06 / 16.07.2021
1941
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 35 nəfər həyatını itirib.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 229 582 nəfər test edilib, onların 6918-nin koronavirus testi pozitiv nəticə verib, 5084 nəfər sağalıb.