Türkiyədə 4.2 ballıq zəlzələ oldu

Türkiyədə 4.2 ballıq zəlzələ oldu
Türkiyənin Bingöl şəhərində 4.2 maqnitudalı zəlzələ baş verib.

Sfera.az xəbər verir ki, Fövqəladə Halların İdarəolunması Agentliyinin məlumatına görə, zəlzələ Türkiyə vaxtı ilə saat 12:22-də Kalıova qəsəbəsndə qeydə alınıb.

zəlzələnin ocağı 9 km dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Xatırladaq ki, 30 oktyabrda İzmirdə baş vermiş 6.6 bal gücündə zəlzələ nəticəsində 114 nəfər həlak olmuş, 1035 nəfər yaralanmışdı.

OXŞAR XƏBƏRLƏR