Türkiyədə 2 qatar toqquşdu, yaralılar var
10:10 / 14.04.2021
1229
Türkiyənin Adana bölgəsinin Pozantı rayonunda 2 yük qatarının toqquşması nəticəsində 8 vaqon relslərdən çıxıb.
Sfera.az xəbər verir ki, hadisə nəticəsində 2 maşinist yaralanıb.
Qəza yerinə təcili tibbi yardım və xilasetmə qrupları cəlb olunub. Hadisənin təfərrüatları araşdırılır.