Türkiyədə 14,5 min insan koronadan öldü

Türkiyədə 14,5 min insan koronadan öldü
Türkiyədə gün ərzində daha 193 nəfər koronavirusdan dünyasını dəyişib.

Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Bununla da qardaş ölkədə COVİD-19 virusundan ölənlərin ümumi sayı 14 min 509 nəfərə çatıb.

Qeyd edilir ki, indiyədək Türkiyədə 527 min 70 nəfər koronavirusa yoluxub.

OXŞAR XƏBƏRLƏR