“Türkiyə XİN Çin səfirinə öz həddini göstərdi...” - Açıqlama

“Türkiyə XİN Çin səfirinə öz həddini göstərdi...” - Açıqlama
"Bu cür məsələlər Pekinlə Ankara arasında hansısa ciddi gərginlik yaratmayacaq”.

Bu sözləri Sfera.az-a açıqlamasında Çinin Ankaradakı səfiri Lui Şaobinin İYİ Partiya rəhbəri Meral Akşener və Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Mansur Yavaşı hədəfə alması və buna görə Türkiyə Xarici İşlər Nazirliyinə çağırılması fonunda yaşanan insidentin iki ölkə arasında münasibətlərin daha kəskin fazaya keçə biləcəyilə bağlı sualı cavablandırarkən politoloq Natiq Miri deyib.

Politoloqun fikrincə,  burada  ciddi münaqişə axtarmağın mənası yoxdur: "Çinin Ankaradakı səfiri səlahiyyətini aşaraq Türkiyə siyasi sistemin tərkib hissəsi olan partiyalar və onların rəhbərliyini tənqid edib.  Bu da əlbəttə ki, Türkiyənin daxili işlərinə qarışmaq kimi dəyərləndirilir. Ancaq belə bir olayla bağlı Türkiyə ilə Çinin böyük geosiyasi maraqlarının zərər görəcəyini düşünmürəm. Türkiyə və Çin dövləti qarşılıqlı olaraq bir-birilə əməkdaşlığı yüksək qiymətləndirib. Gələcək perspektivdə həm Çin, həm də Türkiyə həqiqətən də güclənən və qazanan ölkələr sırasında yer alıb”.
 
N. Miri qeyd edib ki, yaranmış proseslə bağlı Türkiyə XİN Çin səfirinə öz həddini göstərdi. Bu mənada həmsöhbətimiz Çinin bundan artıq ona adekvat hansısa addımlar atacağını da düşünmür: "Çünki yanlış olan Çin səfirliyinin həmin açıqlamasıdır. Bundan irəli gediləcək hansısa gərginlik hadisələrinin yaşanacağını gözləmirəm”.

Elçin
 

OXŞAR XƏBƏRLƏR

Bu bürcün nümayəndələri Aprel ayında maddi çətinliyi unudacaq

Rusiyalı astroloq Tamara Qloba iddia edir ki, aprel ayında Oğlaq bürcünün nümayəndələri maliyyə sahəsindəki çətinlikləri unudacaqlar. Sfera.az xəbər verir ...

"Tramp qalib gəlməlidir"- Böyük Britaniyanın sabiq nazirindən MÖVQE

Böyük Britaniyanın keçmiş baş naziri Liz Trass bildirib ki, Donald Tramp ABŞ prezident seçkilərindən sonra Ağ Evdə olmalıdır. Sfera.az xəbər verir ki, bu b...

Dünyanın Ən Böyük Ailələri

Ailələrini genişləndirmək üçün rekord qıran bir çox ailələr var.   Sfera.az dünyanın ən böyük 10 ailəsini təqdim edir.    1. Zio...

Cennifer Lopez bacılarını göstərdi - FOTO

54 yaşlı amerikalı müğənni və aktrisa Cennifer Lopez bacıları ilə nadir fotosunu nümayiş etdirib.    Sfera.az bildirir ki, Cennifer Lopez ailə f...

Dünyada bu xəstəlik tək bir nəfər körpədə var- “Benjamin Button"

33 yaşlı Steysi və 36 yaşlı Kaylın kiçik qızı İsla Kilpatrik-Screaton, dünyada yeganə olduğu düşünülən, hüceyrələrin sürətlə qocaldığı "Mandibuloakral Disp...

Gürcüstanda etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edildi: Ölənlər var

Gürcüstanda etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilib.   Sfera.az xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi mitinq iştirakçıları...