No Image
No Image

Türkiyə və Azərbaycan Ədliyyə nazirləri arasında telefon danışığı olub

Türkiyə və Azərbaycan Ədliyyə nazirləri arasında telefon danışığı olub
 Sentyabrın 30-da Türkiyə Respublikasının Ədliyyə naziri Abdulhamit Gülün təşəbbüsü ilə Türkiyə və Azərbaycan ədliyyə nazirləri arasında telefon danışığı olub.

Ədliyyə Nazirliyindən Sfera.az-a verilən məlumata görə, danışıq zamanı A.Gül dost və qardaş Azərbaycana qarşı Ermənistanın törətdiyi hərbi təxribatı qınadığını, bu təxribatlar qarşısında Türkiyənin ölkəmizin və xalqımızın haqq davasında yanında olduğunu, Azərbaycanın beynəlxalq hüquqdan qaynaqlanan haqlarının hər platformada yorulmaz dəstəkçisi və müdafiəçisi olduğunu vurğulayıb.

Azərbaycanın Ədliyyə naziri Fikrət Məmmədov Türkiyə dövlətinin, Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün türk xalqının qətiyyətli qardaşlıq mövqeyini vurğulayaraq Azərbaycanı birmənalı dəstəklədiyinə görə türkiyəli həmkarına dərin təşəkkürünü bildirib, bu dəstəyin "bir millət, iki dövlət" kəlamının yalnız sözdə deyil, real əməllərlə həyata keçirilməsinin əyani təzahürü olduğunu qeyd edib. Bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən bəyan olunduğu kimi, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və xalqımız üçün həqiqət anı olan bu günlərdə Türkiyə, hər zaman olduğu kimi, Azərbaycanın yanındadır.

Söhbət zamanı həmçinin, ölkələrimiz arasında hüquqi sahədə əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə olunaraq, səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirilib.

OXŞAR XƏBƏRLƏR

Bayramovla Cavad Zərif arasındakı müzakirənin detalları açıqlandı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xarici işləri naziri Məhəmməd Cavad Zərif arasında videokonfrans fo...

Bu qurumun üzvlərinə xidməti pasport verilməyəcək - FƏRMAN

Azərbaycanda Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın Katibliyinin üzvləri xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısından çıxarılıb. ...

"BMT özünün qəbul etdiyi qətnamələrin icrasına nail ola bilmədi" - Adil Əliyev

"Müharibədə məğlub olan Ermənistan uzun illər ödəməli olacağı borca düçar olmaqla yanaşı, işğalçılıq siyasətinin dayandırılması ilə əlaqədar üzərinə götürdüyü k...

Azərbaycandakı siyasi partiyalardan Senata etiraz

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı bəyanat yayıblar...

Ermənistanın ağır məğlubiyyəti və Rusiya silahlarına azalan maraq... – Hərbi ekspertdən ŞƏRH

Azərbaycanın apardığı azadlıq müharibəsində Ermənistanın ağır məğlubiyyəti həm də onun ordusunun mənsub olduğu Rusiya istehsallı silahların keyfiyyəti məsələs...

“Daha dəqiqləşmiş sənəd imzalanacaq” - Qarabağla bağlı qalmaqallı iddialara son qoyulur?

Xəbər verdiyimiz kimi Türkiyənin Rusiya Araşdırmaları İnstitutunun rəsmi "Twitter” səhifəsində Dağlıq Qarabağda ermənilərin yaşadığı bölgəni Rusiyanın idarə edə...