No Image
No Image
No Image

Türkiyə və Azərbaycan Ədliyyə nazirləri arasında telefon danışığı olub

Türkiyə və Azərbaycan Ədliyyə nazirləri arasında telefon danışığı olub
 Sentyabrın 30-da Türkiyə Respublikasının Ədliyyə naziri Abdulhamit Gülün təşəbbüsü ilə Türkiyə və Azərbaycan ədliyyə nazirləri arasında telefon danışığı olub.

Ədliyyə Nazirliyindən Sfera.az-a verilən məlumata görə, danışıq zamanı A.Gül dost və qardaş Azərbaycana qarşı Ermənistanın törətdiyi hərbi təxribatı qınadığını, bu təxribatlar qarşısında Türkiyənin ölkəmizin və xalqımızın haqq davasında yanında olduğunu, Azərbaycanın beynəlxalq hüquqdan qaynaqlanan haqlarının hər platformada yorulmaz dəstəkçisi və müdafiəçisi olduğunu vurğulayıb.

Azərbaycanın Ədliyyə naziri Fikrət Məmmədov Türkiyə dövlətinin, Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün türk xalqının qətiyyətli qardaşlıq mövqeyini vurğulayaraq Azərbaycanı birmənalı dəstəklədiyinə görə türkiyəli həmkarına dərin təşəkkürünü bildirib, bu dəstəyin "bir millət, iki dövlət" kəlamının yalnız sözdə deyil, real əməllərlə həyata keçirilməsinin əyani təzahürü olduğunu qeyd edib. Bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən bəyan olunduğu kimi, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və xalqımız üçün həqiqət anı olan bu günlərdə Türkiyə, hər zaman olduğu kimi, Azərbaycanın yanındadır.

Söhbət zamanı həmçinin, ölkələrimiz arasında hüquqi sahədə əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə olunaraq, səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirilib.

OXŞAR XƏBƏRLƏR

Müdafiə Nazirliyindən ermənilərin böhtanlarına CAVAB

Azərbaycan Ordusu əks-həmlə əməliyyatlarına başladıqdan sonra Ermənistan bütün vasitə və resursları cəlb etməklə informasiya mühitində ölkəmizə qarşı hücuma keç...

Ağdərədə düşmən PUA-sı məhv edildi

Oktyabrın 24-də saat 15.25 radələrində Ağdərə rayonu istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı hava...

"Azərbaycan torpaqlarının işğalına kor, kar qalanlar..." - Ərdoğandan sərt sözlər

"ATƏT-in Minsk Qrupunun həmsədrləri, bu günə qədər nə etdiniz? Azərbaycan torpaqlarını işğaldan azad etdiniz? Xeyr! Ermənilərə silah göndərib, bununla bölgəyə s...

Qubadlı istiqamətində düşmənin döyüş təyyarəsi məhv edildi

Oktyabrın 24-də gündüz saatlarında cəbhənin Qubadlı istiqamətində Ermənistan hərbi hava qüvvələrinə məxsus döyüş təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bö...

“İrəvan bu tarixdə təslim olacaq” - AÇIQLAMA

Ermənistan rəhbərliyi gələn həftə təslim olaraq danışaqlara gedəcək. Sfera.az xəbər verir ki, bu ehtimalla çıxış edən siyasi şərhçi Zaur Məmmədov fikrini ...

Türkiyə MN: Ermənistan terrorçuları və muzdluları geri qaytarmalıdır

Türkiyə Milli Müdafiə Nazirliyi Qarabağdakı son vəziyyətlə bağlı açıqlama verib. Sfera.az bu barədə "Haber Global”a istinadən xəbər verir.   Bildir...