Türkiyə valyuta böhranı ilə üzləşən yeganə ölkə olmayacaq - Proqnoz
14:53 / 24.11.2021
767
"Türkiyənin valyuta böhranı ilə üzləşən yeganə
ölkə olmaya bilər”.
Sfera.az "investing.com”a istinadən xəbər
verir ki, belə bir açıqlama ilə inkişaf etməkdə olan bazarlar üzrə tanınmış
investor, "Capital Partners” qurucularından Mark Mobius çıxış edib.
O qeyd edib ki, ABŞ-ın faiz dərəcəsinin artırılması ehtimalı
nəzərə alınarsa, bəzi ölkələr də valyuta böhranı ilə üzləşəcək.
Onun qənaətincə, ABŞ-ın faiz artımından
dollarla borcu böyük olan ölkələr daha çox zərər görəcək. Mobiusun sözlərinə
görə həmin ölkələr Misir, Rumıniya və Şri-Lanka ola bilər.
İnvestor vurğulayıb ki, bir çox inkişaf etməkdə
olan ölkə 1997-ci ildə Asiya maliyyə böhranından sonra dollara deyil, özlərinə
güvənməyə başladı və borclarını daha çox milli valyuta ilə götürdülər. Milli
valyutada borclanmanın riskləri azaltdığını düşünən investor Türkiyə və digər
adıçəkilən ölkələrin başqa yoldan irəlilədiyini qeyd edib.
Vasif