Türkiyə Uelslə oyundan əvvəl son məşqinə çıxdı – FOTO
20:20 / 15.06.2021
2317
Avropa çempionatının A qrupunda son iki oyununu Bakıda keçirəcək Türkiyə millisi Uelslə matçdan əvvəl sonuncu məşqinə çıxıb.
Sfera.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Baş məşqçi Şenol Güneşin rəhbərliyi altındakı hazırlıq prosesi oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunda (BOS) baş tutub.
Qarşılaşma sabah saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Uels yığması iyunun 12-də BOS-da İsveçrə ilə heç-heçə edib - 1:1. Türkiyə isə Romadakı açılış matçında İtaliyaya uduzub - 0:3.