Türkiyə \"Twitter\"ə QADAĞA QOYDU

Türkiyə \
Türkiyə hökuməti yerli şirkətlərin "Twitter"də reklam vermələrini qadağan edib.

Sfera.az xəbər verir ki, bu barədə qərar "Resmi Gazete”nin rəsmi nəşrində yayımlanıb.
 
Qərara əsasən, Türkiyədə sosial şəbəkələrin tənzimlənməsi haqqında yeni qanuna görə, ölkədə nümayəndə təyin etməmiş sosial şəbəkələrdə -  yəni "Twitter", "Periskop", "Pinterest"də reklam verən şirkətlər ağır cərimələrlə üzləşəcəklər.

"Facebook" və "Isntagram" isə Türkiyə hakimiyyət orqanlarının qəbul etdiyi yeni qanununa uyğun olaraq ölkədə ofis açıblar.

Xatırladaq ki, ötən ilin iyul ayında Türkiyə parlamenti sosial şəbəkələri tənzimləyən yeni qanun qəbul edib. Qanuna görə, 1 milyondan çox istifadəçisi olan böyük sosial şəbəkələr ölkə ərazisində rəhbəri Türkiyə vətəndaşı olan nümayəndəlik açmalıdırlar.


OXŞAR XƏBƏRLƏR