Türkiyə - Şimali İrlandiya oyunu ləğv olundu

Türkiyə - Şimali İrlandiya oyunu ləğv olundu
Türkiyə milli komandasının Şimali İrlandiya yığması ilə yoldaşlıq görüşü ləğv olunub.

Sfera.az bildirir ki, bu barədə "ay-ulduzlular"ın baş məşqçisi Şenol Güneş açıqlama verib. 69 yaşlı mütəxəssis belə bir qərarı Çempionlar Liqasının final qarşılaşmasının İstanbuldan alınmasının ardından Şimali İrlandiya Futbol Assosiasiyasının qəbul etdiyini bildirib.

Böyük Britaniya hökuməti Türkiyəni koronavirusun geniş yayıldığı ölkələrdən biri kimi "qırmızı siyahı"ya salıb. Bu səbəbdən, Çempionlar Liqasında İngiltərənin "Çelsi" və "Mançester Siti" komandaları arasındakı final oyunu Portuqaliyanın Portu şəhərindəki "Draqau" stadionuna keçirilib.

Türkiyə - Şimali İrlandiya görüşü mayın 31-də keçirilməli idi. Bu, mayın 27-də Azərbaycanla nəzərdə tutulan yoldaşlıq görüşündən sonraya təsadüf edəcəkdi. Şimali İrlandiyanı hansı ölkənin əvəzləyəcəyi hələlik məlum deyil.

Qeyd edək ki, Türkiyə - Azərbaycan oyunu mayın 27-də Alanya Bahçeşehir Okulları və ya "Oba" stadionunda keçiriləcək.

OXŞAR XƏBƏRLƏR

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan VERƏCƏK

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək. &...

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq EDƏCƏK

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qırğız Respublikasının Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. &...

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏYİN EDİLDİ

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.   Sfera.az...

Azərbaycanda YENİ QADAĞA - Bu tarixdən QÜVVƏYƏ MİNƏCƏK 

Mayın 1-dən balıqların kürütökmə dövrü ilə əlaqədar ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir.   Bu barədə Sfera....

Peter Siyartonun Azərbaycana rəsmi səfəri BAŞLADI

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun Azərbaycana rəsmi səfəri başlayıb.   Sfera.az xəbər verir ki, bu barədə nazir sosial şəb...

Mübariz Qurbanlıya AĞIR İTKİ

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Mübariz Qurbanlıya ağır itki üz verib.   Sfera.az İqtisadiyyat.az-a istinadən xəbər verir...