Türkiyə sərhədində terrorçular 2 milyonla saxlanıldı
00:01 / 07.03.2021
4973
Türkiyə-Suriya sərhədində PKK terror təşkilatının 3 üzvü 2 milyon dollarla saxlanılıb.
Sfera.az xəbər verir ki, bu barədə "TRT Haber” məlumat yayıb.
PKK-nın 2 üzvü təxminən 2 milyon dolları təslim etmək üçün Çobanbəy bölgəsinə gəlib.
Kilis şəhər Jandarma Komandanlığının Terrorla Mübarizə və Kəşfiyyat şöbəsinin əməkdaşları pulu götürməyə gələn PKK üzvü ilə birgə 3 terrorçunu saxlayıb.
Ələ keçirilən vəsaitin Menbiçdəki terrorçulara aparıldığı sübut olunub. (Axar.az)