Türkiyə səfiri Bakı haqda yazdı: \"Bu mənalı gündə...\"
10:30 / 15.09.2021
624
"Bu gün Bakının bolşevik və erməni quldur dəstələrinin işğaldan azad edilməsinin 103-cü ildönümüdür”.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağçı rəsmi Tvitter səhifəsində paylaşım edib.
"Bu mənalı gündə Qafqaz İslam Ordusunun müzəffər komandiri Nuru Paşanı, qəhrəman ordusunu və Qafqazın qəlbində yatan minlərlə şəhidimizi rəhmətlə anırıq", - deyə C. Bağçı bildirib.
Turan Rzayev
Sfera.az