“Türkiyə sabitlik və rifah üçün böyük əmək sərf edir” - Çavuşoğlu

“Türkiyə sabitlik və rifah üçün böyük əmək sərf edir” - Çavuşoğlu
"Liviyanın ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi və siyasi birliyinin qorunmasına önəm veririk”.

Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rəsmi səfərdə olduğu Liviyanın paytaxtı Tripolidə həmkarı Necla əl-Menquşla birgə keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, iki ölkənin 500 ildən çox tarixi, mədəni və bəşəri bağları var:

"Qərbi, şərqi, cənubu ilə Liviya bizim üçün müqəddəs bir ölkədir. Türkiyə olaraq Liviyanın ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi və siyasi birliyinin qorunmasını özümüz üçün prinsip hesab edirik və buna önəm veririk. Türkiyə davamlı sülh, sabitlik və rifah üçün böyük əmək sərf edir”.

Çavuşoğlu vurğulayıb ki, iqtisadi əməkdaşlıq və Liviyadakı investisiyalar, eləcə də, ikitərəfli ticarət əlaqələrini müzakirə ediblər:

"Türkiyə özəl sektorunun Liviyaya yenidən qayıtmasını müzakirə edirik. Bu məsələdə birlikdə əmək sərf olunur”.


OXŞAR XƏBƏRLƏR

Qripin ağciyərlərə vurduğu zərərin qarşısını alan dərman hazırlandı

Yeni hazırlanmış dərman qripin yaratdığı iltihabın səbəb olduğu ağciyər zədələnməsinin qarşısını ala bilib.   Sfera.az bildirir ki, qripə səbəb olan qr...

Gürcüstan parlamentində kütləvi dava düşdü

Gürcüstan parlamentində “Xarici agentlər haqqında qanun”un müzakirəsi zamanı səs-küylü insident yaşanıb.    Sfera.az bildirir ki, Gü...

Bakı və Belqrad arasında mühüm telefon danışığı

15 aprel 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Serbiya Baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç ilə telefon danışığı a...

70 yaşlı məşhur amerikalı aktyor mərhum oğlunun fotosunu paylaşdı

70 yaşlı məşhur amerikalı aktyor Con Travolta mərhum oğlu Cettin xatirəsini ehtiramla yad edib. O, arxiv görüntülərini İnstaqramda paylaşıb.   Sfera....

Hakimin sinif yoldaşı olduğunu görüb göz yaşlarına boğulan məhbus - VİDEO

2015-ci ildə Artur But adlı şəxs oğurluqda ittiham olunaraq hakim qarşısına çıxıb. Hakimin orta məktəbdə sinif yoldaşı Mindi Qleyzer olduğunu anlayanda göz yaşl...

Qadınları xilas etmək üçün 300-dən çox kişini öldürən qatil: Madam Popova

Tarix boyu araşdırsaq, çox maraqlı personajlarla rastlaşırıq. Bu adlardan biri də Madam Popovadır. Ərləri tərəfindən işgəncələrə məruz qalan qadınları xilas və ...