Türkiyə qızıl-zinət ixracını 57 faiz artırıb
12:53 / 12.10.2021
842
İri qızıl-zinət ixracatçılarından olan Türkiyə 2021-ci ilə bu məhsulların xaricə satışlarını bir qədər də artırıb.
Sfera.az "İnvesting.com” saytına istinadən xəbər verir ki, zinət əşyalarının ixracı sentyabrda ötən ilin eyni ayındakı göstəriciyə nisbətən 58,52 faiz artaraq 501,3 milyon dollara çatıb. Türkiyə sentyabrda ən çox zinət əşyalarını ABŞ, Birləşmir Ərəb Əmirliyi və Böyük Britaniyaya satıb.
Ötən ayda qızıldan hazırlanan məmulatların satışı üstünlük təşkil edib.
İlk 9 ayda isə ixracın dəyəri 57,4 faiz artaraq 3,88 milyard dolları ötüb.
Vasif
Sfera.az