Türkiyə Prezidentinin sözçüsü Peskovun Azərbaycanla bağlı hədəsinə necə cavab verəcək? - ŞƏRH

Türkiyə Prezidentinin sözçüsü Peskovun Azərbaycanla bağlı hədəsinə necə cavab verəcək? - ŞƏRH
"Türkiyə Azərbaycanda hərbi baza  yaradarsa, Rusiya müəyyən addımlar atmalı olacaq”.
 
Bunu ötən gün Rusiya Prezidentinin sözçüsü Dmitri Peksov Türkiyənin Azərbaycanda hərbi baza yaratması istəyi barədə danışarkən deyib.

Məsələ ilə bağlı "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edib ki, Peskovun cümlələrində birbaşa və sətiraltı hədələr var:

"Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Peskovun hədələyici açıqlamasına bu cür reaksiya versəydi tam yerində olardı: "Türkiyə Azərbaycanda hərbi baza yaradarsa, bu ikili anlaşma çərçivəsində olacaq və üçüncü dövlətlərə qarşı yönəlməyəcək””.

Politoloq həmçinin qeyd edib ki, İbrahim Kalının Rusiyanın Ermənistandakı hərbi bazasına və yenisini yaradacağı barədə yayılan xəbərlərə toxunması da yaxşı olardı: 

"Prezident sözçüsünün ardınca "Biz Rusiyanın Ermənistanda hərbi bazasını genişləndirməsinə və yenisini yaratması istəyinə müdaxilə etmədiyimiz kimi Türkiyənin də qardaş və müttəfiq hesab etdiyi Azərbaycanda hərbi baza yaratması təşəbbüsünə bir başqa dövlətin qarışmasını yolverilməz hesab edirik”, - deyə qeyd etməsi məqsədəuyğun olardı”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR