Türkiyə ordusu daha bir şəhid verdi
Dünya
12:45 / 08.02.2020
3651
Türkiyə ordusu daha bir şəhid verib.
Sfera.az xəbər verir ki, hadisə Türkiyə ordusunun "Barış Pınarı” hərəkatı bölgəsində bir avtomobilin aşması nəticəsində baş verib.
Türkiyə Müdafiə Nazirliyindən bildirilib ki, qəzada 5 hərbçi yaralanıb. Yaralananlar xəstəxanaya çatdırılsa da, onlardan birini xilas etmək mümkün olmayıb. (yeni sabah)