Türkiyə Moskvaya yeni səfir göndərdi
11:39 / 14.10.2016
1206
Türkiyə Rusiyaya yeni səfir təyin edib. Hüseyn Lazip Dirioz Moskvaya səfir göndərilib.
Hüseyn Lazip Dirioz ən təcrübəli türk diplomatlarından biri hesab olunur. O, 1978-ci ildən Türkiyə XİN-də işləyib. O, burada əvvəlcə NATO ilə qarşılıqlı əlaqələr, daha sonra isə ictimaiyyət və KİV-lə əlaqələr departamentinə rəhbərlik edib.
2004-2008-ci illərdə Dirioz Türkiyənin İordaniyadakı səfiri, 2013-cü ildən isə Braziliyadakı səfiri vəzifələrində çalışıb.