No Image
No Image

Türkiyə MN: Ermənistan terrorçuları və muzdluları geri qaytarmalıdır

Türkiyə MN: Ermənistan terrorçuları və muzdluları geri qaytarmalıdır
Türkiyə Milli Müdafiə Nazirliyi Qarabağdakı son vəziyyətlə bağlı açıqlama verib.

Sfera.az bu barədə "Haber Global”a istinadən xəbər verir.
 
Bildirilib ki, Ermənistan terrorçuları və muzdluları geri qaytarmalı, hücumlarına və Azərbaycan ərazilərindəki haqsız işğallarına son qoymalıdır:

"Azərbaycandakı hadisələrlə əlaqədar olaraq; məlum olduğu kimi Ermənistan 27 sentyabr 2020-ci il tarixində başlatdığı qeyri-insani hücumlara və 10, 18 oktyabr tarixlərində elan edilmiş atəşkəslərə baxmayaraq, beynəlxalq hüquqa zidd olaraq mülki şəxsləri və yaşayış məntəqələrini birbaşa hədəf almağa davam edir.

Bölgədə sülh və sabitliyin bərqərar olması üçün Ermənistan terrorçuları və muzdluları geri qaytarmalı, hücumlarını və Azərbaycan ərazilərindəki haqsız işğalı dayandırmalıdır. Əvvəllər olduğu kimi, bundan sonra da, haqlı mübarizələrində azərbaycanlı qardaşlarımızın yanında olmağa və onlara dəstək verməyə davam edəcəyik.

Doğma torpaqlarını Ermənistanın işğalından qurtararkən şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirik”, - deyə məlumatda qeyd olunub.

OXŞAR XƏBƏRLƏR

Ərdoğan Kəlbəcərdən DANIŞDI

"Dağlıq Qarabağda 30 illik ədalətsizliyin sona çatmasına qatqımız oldu. Erməni işğalı sona çatdı və problemin həlli istiqamətində ümidlər ilk dəfə artdı. Dünə...

“Bu oğrular onu aparırlar ki, Ermənistanda satsınlar”

"Kəlbəcər rayonunda böyük meşə əraziləri vardır. Kəlbəcər rayonunda 24 min hektar meşə ərazisi var”.  Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezid...

Prezident: "Bizim işimizə qarışmaq istəyənin cavabını vermişik və verəcəyik"

"Heç kim narahat olmasın, xüsusilə Qərb dövlətlərinin liderləri, hansılar ki, islamofob hissləri alovlandırırlar. Hansılar ki, İslam müqəddəslərinin təhqirlərin...

Milli Məclisin koronavirusa yoluxan deputatlarının SİYAHISI

Milli Məclisin koronavirusa yoluxmuş deputatlarının əksəriyyətinin adı məlum olub. Sfera.az COVID-19-a yoluxan deputatlardan 9-nun adını təqdim edir: ...

Qüdsün patriarxı Putindən Şuşa və Hadrutun ermənilərə qaytarılmasını xahiş etdi

Ermənistan Şuşa şəhəri və Hardut qəsəbəsinin itirləməsini həzm edə bilmir.  Sfera.az xəbər verir ki, İrəvan bu iki şəhəri geri almaq üçün hətta xaric...

Azərbaycanda daha iki deputat koronavirusa yoluxdu - FOTO

Koronavirus pandemiyasına yoluxan Milli Məclis üzvlərinin sayı artır. Sfera.az xəbər verir ki, daha iki deputat – Vüqar Bayramov və Soltan Məmmədov da "Co...