Türkiyə minə yaxın PKK-çını məhv edib

Türkiyə minə yaxın PKK-çını məhv edib

Türk ordusu son dövrdə həyata keçirilən uğurlu əməliyyatlar nəticəsində PKK terror təşkilatına aid silah-sursat anbarlarının böyük bir qismini ələ keçirib.

Bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.

İlin əvvəlindən bu vaxta qədər keçirilən əməliyyatlar nəticəsində ölkə daxilində 529, ölkə sərhədlərindən kənarda isə 456 terrorçu zərərsizləşdirilib.

1559 atıcı silah, 100-dən çox raket, pulemyot, minaatan ələ keçib, 603 partlayıcı maddə məhv edilib.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR