Türkiyə mediası Hərbi Qənimətlər Parkından yazır

Türkiyə mediası Hərbi Qənimətlər Parkından yazır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak etməsi və təltif olunmuş hərbçilər qarşısındakı çıxışı Türkiyə kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Sfera.az xəbər verir ki, Anadolu və İHA xəbər agentlikləri, "TRT Haber”, "Haber Global” telekanalları, "Sabah”, "Takvim”, "Yeni şafak” və digər qəzetlər türk ictimaiyyətinə Park barədə müfəssəl məlumat təqdim ediblər.

İnformasiyalarda diqqətə çatdırılır ki, 44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan düşmən insanlıq əleyhinə və müharibə cinayətləri törədib, o cümlədən döyüş bölgəsindən uzaqda olan ərazilərə raket zərbələri endirib, dinc sakinləri qətlə yetirib. Həmin faktları xronoloji ardıcıllıqla özündə əks etdirən lövhə Parkın giriş hissəsində yerləşdirilib. Burada Şuşaya atılmış "İsgəndər M” raketinin qalıqları da var.

Anadolu agentliyi "Azərbaycan Prezidenti Əliyev Ermənistanın müharibədə "İsgəndər M” raketindən istifadə etdiyini açıqladı” sərlövhəli xəbəri bir neçə dildə yayıb. İnformasiyada dövlət başçımızın mövzu ilə bağlı çıxışından mühüm məqamlar əksini tapıb.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...