Türkiyə klubu Mahir Emrelini transfer etmək istəyir

Türkiyə klubu Mahir Emrelini transfer etmək istəyir
Türkiyənin "Sivasspor” klubu Azərbaycan millisinin hücumçusu Mahir Emrelini transfer etmək üçün klubu "Legiya”ya təklif göndərib.

Sfera.az xəbər verir ki, bu barədə türkiyəli idman jurnalisti Ertan Süzgün Tvitterdə məlumat yayıb.

Jurnalist bildirib ki, "Sivasspor” bu transferi həyata keçirmək üçün çalışır.

Qeyd edək ki, "Legiya”dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Millimizin hücumçusu varşavalı azarkeşlərlə məlum insidentdən sonra bu komandaya qayıtmaq istəmir.

OXŞAR XƏBƏRLƏR