Türkiyə-İsrail münasibətləri yeni mərhələyə keçir - “Yeni hökumət Fələstinlə sülh şərtlərinə...\"

Türkiyə-İsrail münasibətləri yeni mərhələyə keçir - “Yeni hökumət Fələstinlə sülh şərtlərinə...\
İsraildə 12 ildir davam edən baş nazir Binyamin Netanyahu dövrü bitdi. İsrailin yeni baş naziri Naftali Bennet and içdi və koalisiya hökuməti formalaşdırıldı. Bennet koalisiyası Netanyahu əleyhinə birləşən, fərqli görüşlərə malik olan 8 partiyadan ibarətdir. Bu isə özlüyündə yeni siyasi xəttin formalaşmasına işarə ola bilər.

Bəs, İsraildəki yeni koalisiyanın Türkiyə ilə bağlı siyasi mövqeyi necədir? İki ölkə arasında münasibətlər tənzimlənəcək, yoxsa vəziyyət daha da mürəkkəbləşəcək?

Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Məhəmməd Əsədullazadə İsrail-Türkiyə münasibətlərinin nizama düşəcəyini bildirib:

"İsraildə Benyamin Netanyahunun dövründə məlum olduğu kimi radikal siyasət həyata keçirilib, Türkiyə ilə əlaqələrə ciddi şəkildə zərbə vurulub. Ümumiyyətlə, İsrailin milltarist siyasəti İsrail-Fələstin kontekstində Türkiyə ilə əlaqələrin pozulmasına gətirib çıxarıb. Düşünürəm ki, bundan sonra Türkiyə-İsrail münasibətləri yeni mərhələyə keçəcək. İndiki İsrail hökuməti sağçı ifrat deyil və onlar Türkiyə ilə əlaqələrin yaxşılaşması üçün çalışacaqlar. Bu, həmçinin İsrail-Fələstin  münasibətlərindən asılı olacaq. Yəni nə qədər ki, İsrail Fələstinlə sülh şərtlərinə uyğun münasibət quracaq, Türkiyə ilə münasibətlər də bir o qədər irəliləyəcək. İsrailin indiki hökuməti əvvəlkindən zəif olsa da əvvəlki hökumətdən fərqli olaraq sabitlik olacaq, Fələstinlə müharibə ehtimalı azalacaq".

Əzizə Zeynal
Sfera.az   


OXŞAR XƏBƏRLƏR