Türkiyə hərbçiləri Bakıya niyə göndərilib? — Ermənistanı qorxuya salan planın pərdəarxası

Türkiyə hərbçiləri Bakıya niyə göndərilib?   — Ermənistanı qorxuya salan planın pərdəarxası
Bu gün Türkiyə və Azərbaycan ordusunun birgə genişmiqyaslı hərbi təlimlərinə start verilib.
Sfera.az Oxu24.com-a istinadla  xəbər verir ki, birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, eləcə də hərbi aviasiya və hava hücumundan müdafiə sistemləri cəlb olunub.

Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək.

Bu təlimlər Türkiyə və Azərbaycan arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun keçirilir. Lakin təlimlərin son dövrlər bölgədə baş verənlər, xüsusilə Tovuz döyüşlərindən sonraya təsadüf etməsi diqqət çəkir.

Ən maraqlı məqam hərmi təlimlərin keçirildiyi tarixdir: 29 iyul – 10 avaqust.

100 il öncə - 1920-ci ilin 10 avqustunda Osmanlı imperiyasının torpaqlarının bölüşdürüldüyü Sevr müqaviləsi imzalandı.

Müqavilənin 88-93 maddələrində Osmanlının Ermənistan respublikasını tanıması, Türkiyə torpaqları olan Trabzon, Ərzurum, Van və Bitlis əyalətlərinin Ermənistana verilməsi yer alırdı.

I Dünya müharibəsindən sonra dünyanın yenidən qurulması üçün məşhur "14 bənd” tezisinin müəllifi olan ABŞ prezidenti Vudro Vilson "yeni dünya xəritəsində” Azərbaycana yer ayırmamışdı. Əvəzində, kağız üzərində də olsa "böyük Ermənistan” yaradılmışdı. Atatürkün Qurtuluş savaşı bu planları pozdu, 1923-cü ildə imzalanan Lozanna müqaviləsi Sevri sıradan çıxardı.

Lakin 100 ildir ermənilər Sevrin nostaljisi ilə yaşayır, "böyük Ermənistan” xəyallarının gerçəkləşməsi üçün hər şeyə əl atırlar. Hətta son bir ildə Ermənistan mediası beynəlxalq güclərə xatırlatmaq üçün Sevr müqaviləsini geniş şəkildə təbliğ edir.

Azərbaycan-Türkiyə hərbi təlimlərinin avqustun 10-da – Sevrin 100 illiyində bitdiyinə tarix kontekstindən baxsaq, bunu ermənilərə və onların arxasındakı güclərə (həm bölgədə, həm də Qərb yarımkürəsində) "Bakı və Ankara ittifaqı regionda əsas gücdür və bu güc ermənilərin ərazi iddialarının gerçəkləşməsinə imkan verməyəcək” mesajı kimi qiymətləndirmək olar.

Mövzu ilə bağlı ekspert Əvəz Həəsnovun  şərhini  təqdim  edirik:

 

OXŞAR XƏBƏRLƏR

Deputat: “Pandemiya sosial layihələrin icrasını ləngitməyib”

 "Koronavirus pandemiyası başqa ölkələrin iqtisadiyyatına olduğu kimi, Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib. Amma buna baxmayaraq ölkəmizdə əvv...

Baş nazir təcili iclas keçirdi: Koronavirusla bağlı yeni tapşırıqlar verildi

 Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejiminə nəzarətin g...

Prezident İlham Əliyev Sinqapurun dövlət başçısını təbrik edib

 Prezident İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Həlimə Yaquba təbrik məktubu göndərib. Sfera.az xəbər verir ki, təbrikdə deyilir: "...

Türkiyə-Azərbaycan hərbi təlimlərinin yeni görüntüləri - VİDEO

 Türkiyənin Milli Müdafiə Nazirliyi Türkiyə-Azərbaycan hərbi təlimləri ilə bağlı paylaşım edib. Sfera.az xəbər verir ki, bu barədə video nazirliyin r...

Elnur Allahverdiyev seçicilərinə hesabat verdi - FOTO

 Milli Məclisin 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev seçiciləri...

Ermənistan Türkiyənin daxili işlərinə qarışmaq niyyətini gizlətmir

 "Dağlıq Qarabağ münaqişəsi və regional proseslər fonunda Türkiyənin etdiyi təxribatlara cavab kimi Ermənistan Türkiyənin daxili proseslərinə düşünərək qar...