Türkiyə gəmisi atəşə tutuldu
16:03 / 21.05.2019
1704
Qara dənizdə balıqçı gəmisi atəşə tutulub.
Sfera.az Trend-ə istinadən bildirir ki, gəmi Rumıniya Sahil Mühafizə Xidməti tərəfindən atəşə tutulub.
İnsident nəticəsində Türkiyəyə məxsus gəminin 3 ekipaj üzvünün yaralandığı bildirilir.
Gəminin 8 nəfərdən ibarət ekipaj üzvü Rumıniya Sahil Mühafizə Xidməti tərəfindən saxladıqdan sonra gəminin batırıldığı deyilir.
Türkiyə tərəfindən hadisə ilə bağlı hələ rəsmi açıqlama verilməyib.