Türkiyə Ermənistanın işğalçı olduğunu bəyan edir - Mustafa Şentop

Türkiyə Ermənistanın işğalçı olduğunu bəyan edir - Mustafa Şentop
 

"Türkiyə Ermənistanın Dağlıq Qarabağı işğalını həmişə rədd edib və rədd edir”.

Sfera.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bildirib.

M. Şentop deyib ki, Türkiyə bütün beynəlxalq platformalarda Ermənistanın Azərbaycanın torpaqlarında işğalçı olduğunu bəyan edir: "Biz Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq, Azərbaycanın torpaq bütövlüyü, suverenliyi çərçivəsində həllinin vacib olduğunu hər zaman bildiririk. Dünyanın bu məsələdə müşahidəçi qalmasını, erməni diasporunun lobbiçilik fəaliyyəti ilə qərarlar qəbul edən Avropa ölkələrinin mövqeyini də təəssüflə qarşılayırıq. Onların çox yaxın zamanda baş vermiş Xocalı soyqırımına səssiz qalmaları, bu soyqırımı unutmuş olmaları çox təəssüf doğurur, qınanmalıdır. Əgər biz dünyada soyqırımlar məsələsində obyektiv, qəti mövqe ortaya qoymasaq, ikili standartlardan çıxış etsək, dünyada sülhün bərqərar edilməsi mümkün olmaz. Bu baxımdan biz dünya ölkələrinin Dağlıq Qarabağda erməni işğalına diqqətini çəkmək istəyirik. Buna görə də bütün beynəlxalq platformalarda mövqeyimizi ortaya qoyuruq”.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...