Türkiyə dünya nəhənglərinin də üzərinə getdi - Ankara dikəlir

Türkiyə dünya nəhənglərinin də üzərinə getdi - Ankara dikəlir
"Reuters” xəbər verir ki, Türkiyə, Rusiya müdafiə sistemlərini satın alması səbəbilə xaric edildiyi Amerikanın F-35 qırıcı proqramına qayıtmaq fikri belə yoxdur.
 
Türkiyə Müdafiə Sənayesi İdarəsinin direktoru İsmayıl Dəmirin sözlərinə görə, hazırda əsas məqsəd Türkiyənin itkilərinə görə təzminat almaqdır.

ABŞ-ın keçmiş prezidenti Donald Trampın administrasiyası birtərəfli qaydada Ankaranı bu proqramdan kənarlaşdırmışdı. Bir neçə il əvvəl 100-dən çox F-35 sifariş edən və onlar üçün ehtiyat hissələri istehsal edən Türkiyə üçün bu demək olar ki, yeri dolmayacaq itki idi. 2019-cu ildə Vaşinqton Türkiyənin proqramdan kənarlaşdırılmasını Rusiyanın S-400 raketdən müdafiə sistemlərinin NATO təyyarələrini təhdid etməsi ilə izah etdi. Ankara isə kənarlaşdırılmasının ədalətsiz olduğunu iddia edir və bu gün Türkiyənin proqrama qaytarılmasından daha çox, hüquqlarının pozulmasına görə təzminat tələb edir.
 
Problemin mahiyyətinin siyasi olduğu əvvəldən hamıya aydın idi; Ankara ilə Moskva arasındakı yaxınlaşma itaət göstərməyən müttəfiqinin güclənməsini istəməyən Vaşinqtonu çox narahat edirdi. Bu iki ildə çoxları Türkiyə üçün çətin günlər proqnozlaşdırırdı. Əvvəlcə həqiqətən çətin idi - dünənki qərb müttəfiqlərinin ölkəyə qarşı böyük təzyiqləri başladı, bəzi qüvvələr iqtisadiyyatı çökdürməyə çalışdılar, Türkiyənin  milli valyutası olan lirənin məzənnəsi isə yüksək dəyişkənlik nümayiş etdirirdi. Amma Prezident Rəcəb Tayyib Ərdoğan xalqının qətiyyətini bütün problemlərə qarşı qoydu və ... haqlı çıxdı.

Bu, Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsindəki inamlı qələbəsindən sonra bütün dünyaya aydın oldu. Türk pilotsuz təyyarələrinin (bayraktarların) rolu barədə rəvayətlər yarandı, bu uğur onlara dünya şöhrəti gətirdi. Digər ölkələr də Türkiyə təcrübəsini əxz etməyə başladı, Ankara dərhal böyük hərbi məhsul ixracatçısına çevrildi. Bunu, Türkiyə Ticarət Nazirliyinin ölkənin müdafiə sənayesinin əldə etdiyi nailiyyətlərlə bağlı təqdim etdiyi konkret statistika sübut edir.

Bəli, Ankara siyasi qərarlarının və uğurlu xarici siyasətinin idarə olunmasına imkan verməyəcəyini inandırıcı şəkildə sübut etdi. Kənardan güclü müqavimətlə qarşılaşan Ankara fəal surətdə daxili resursların cəlb edilməsinə başladı və müdafiə sektoru ilə yanaşı, digər sahələrdə də böyük uğurlar əldə etməyi bacardı. Türkiyə iqtisadiyyatının inkişaf dinamikasında bu özünü daha aydın və konkret rəqəmlərlə biruzə verir.
 
Belə ki, 2020-ci ilin noyabrından bəri türk lirəsi inkişaf etməkdə olan ölkələrin valyutaları arasında dollar qarşısında ən müsbət dinamika göstərən pul vahididir. 2020-ci ildə Türkiyədə istehsal olunan ÜDM-nin dəyəri 2019-cu illə müqayisədə1.8 % artdı. Adi vaxtlar üçün yüksək olmayan bu artım, hazırda demək olar ki, qlobal miqyaslı rekorddur - axı ötən Covid ili qlobal iqtisadiyyata böyük zərbə vurdu.
 
Amma bu gün istənilən ölkədə iqtisadi inkişafının əsas göstəricisi yüksək texnologiyalardır. Türkiyənin bu sahədəki uğurları İkinci Qarabağ Müharibəsinin müqəddəratını həll edən bayrakdarlarla məhduddlaşmır.
 
Ölkənin kosmos sahəsində yaxın gələcəkdə Aya uçmağa iddialı uğurları da danılmazdır. Bu yaxınlarda ölkədə onlayn məlumatların qorunmasının vacibliyini vurğulayan Türkiyə hakimiyyətinin Facebook, Amazon, Apple, Microsoft və Google kimi beş böyük texnologiya şirkətinin  milli analoqlarını yaratmaq arzusunda olduğunu bəyan etməsi təsadüfi deyil.
 
"Dünya GAFAM-dan daha böyükdür”,- deyə beş qabaqcıl texnologiya nəhənginin  abbreviaturasından istifadə edən Türkiyə prezidenti yanında rəqəmsal dəyişikliklər bürosunun rəhbəri Əli Taha Koç bildirib. Onun sözlərinə görə, məlumatların təhlükəsizliyi sərhədlərin təhlükəsizliyi qədər əhəmiyyətlidir. GAFAM analoqlarının yaradılması isə yaxın gələcək üçün qarşıya qoyulmuş vəzifədir. 
 
Doğrudur, türkiyəli  məmurun bazar dəyəri 7,5 trilyon dollar olan beş texnologiya nəhənginin inhisarına son qoymaqla bağlı iddialı çağırışı bəziləri tərəfindən şübhə ilə qarşılandı. Amma Ərdoğan hakimiyyətinin dünyanın qabaqcıl dövlətlərinə cəsarətlə sinə gərərək qarşıya qoyulan məqsədə inamla çatdığını gördüyümüzdən əminliklə deyə bilərik ki, bu şirkətlər də artıq onlarla eyni sırada yer alan Ankaranı öz yolundan döndərə bilməyəcək.
 
Mənbə: Haqqın.az
Tərcümə: Selıcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...