Türkiyə DİN: Rusiya səfirinin qatili cinayəti tək törətməyib

Türkiyə DİN: Rusiya səfirinin qatili cinayəti tək törətməyib

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətli terrorçunun şəxsi təşəbbüsünün nəticəsi olmayıb, hücum əvvəlcədən planlaşdırılıb.  

 

APA-nın "Anadolu”ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə DİN rəhbəri Süleyman Soylu bildirib.

 

"Biz terrorçunun ölkənin daxilində və xaricindəki əlaqələrini müəyyənləşdirməyə çalışırıq. İstintaqın hazırkı mərhələsində qatilin FETÖ ilə əlaqəli olduğu dəqiq müəyyənləşib. Sui-qəsd qatilin şəxsi təşəbbüsünün nəticəsi deyil, terror aktı əvvəlcədən planlaşdırılıb”, - deyə nazir qeyd edib.  

 

Onun sözlərinə görə, istintaq terror aktının çox mühüm təfərrüatlarını ortaya çıxarıb, lakin bu detallar hazırkı mərhələdə istintaq sirridir və onları indidən ictimailəşdirmək düzgün olmazdı. Nazir istintaqın rusiyalı ekspertlərlə birgə aparıldığını qeyd edib.    

 

DİN rəhbəri qeyd edib ki, parlament seçkilərindən sonra, 2015-ci ilin iyununda törədilən terror aktları və Rusiya diplomatının qətli biri-biri ilə əlaqəlidir və vahid planın tərkib hissəsidir.  

 

"PKK, FETÖ və İŞİD terrorçuları sadəcə böyük bir oyunda alətdirlər. Səfirin qətli Yaxın Şərqdə sülhün bərqərar olmasının qarşısını almağa çalışan qüvvələrin fəaliyyətinin nəticəsidir. Türkiyə və Rusiya bu cür tələlərə düşməyəcəklər. Moskvanın nümayiş etdirdiyi siyasi iradə bunu təsdiqləyir və bizə inam verir. Mən bir daha dost Rusiya xalqına başsağlığı verirəm”, - deyə nazir qeyd edib.  


OXŞAR XƏBƏRLƏR

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...

Hüquqi şəxslər “Expressbank”dakı vəsaitlərini çıxarır – Bank kiçilib

Azərbaycanın özəl kommersiya banklarından olan “Expressbank”dan 2024-cü ilin birinci rübü ərzində hüquqi şəxslər böyük məbləğdə vəsaitlərini götürüb...

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin növbəti iclası 23 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sah...

Milli Məclisdə şəhid övladları ilə bağlı MÜHÜM TƏKLİF

“Özəl orta məktəblər şəhid övladlarını pulsuz oxutmalıdır”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Etib...

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır.   Sfera.az xəbər verir ki, bununla bağlı liseydə təhsil alan şagirdlərin valideynlərinə məktub göndərili...

Siyavuş Novruzov TƏKLİF ETDİ: "Onlar da nəzərə alınsın" 

“Müharibə veteranları və onların ailələri haqqında güzəştlərdə Əfqanıstan müharibəsində iştirak edən azərbaycanlılar da nəzərə alınmalıdır”. &nbs...