Türkiyə bu ölkədən gələnlərdən PCR testi istəməyəcək - SİYAHI

Türkiyə bu ölkədən gələnlərdən PCR testi istəməyəcək - SİYAHI
Türkiyə mayın 15-dən tibarən Böyük Britaniya, Ukrayna və Çin də daxil olmaqla ümumilikdə 15 ölkədən gələn sərnişinlərdən PCR testi istəməyəcək.
 
Sfera.az xəbər verir ki, Türk Hava Yollarının rəsmi saytındakı açıqlamaya görə, Hong Kong, Çin, Tayvan, Vyetnam, Avstraliya, Yeni Zelandiya, Sinqapur, Tayland, Cənubi Koreya, İsrail, Yaponiya, Böyük Britaniya, Latviya, Ukrayna, Lüksemburq və Estoniyadan Türkiyəyə səfər edən şəxslər üçün PCR testi tələb olunmayacaq.

Xaricdən Türkiyəyə gələn digər sərnişinlər uçuşdan 72 saat əvvəl aldıqları PCR testini təqdim etməlidirlər. Türkiyədən xaricə səyahət edənlər də PCR testindən keçməlidirlər. 

İnci
Sfera.az

OXŞAR XƏBƏRLƏR